"Lokomotiv"i "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb

"Lokomotiv"i "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb Hazırda "Fənərbağça" 1-0 öndədir
Futbol
16 Fevral , 2016 21:51
Lokomotivi Şükrü Saracoğlu stadionuna gətirən avtobus daşa basılıb

Bakı. 16 fevral. REPORT.AZ Türkiyənin İstanbul şəhərində "Fənərbağça" ilə oyundan öncə Rusiya "Lokomotiv"ini "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb. "Report"un məlumatına görə, avtobus 100-dək polisin mühafizəsində olsa da, azarkeşlər içki şüşəsi və daş atmağa başlayıblar.

Bu, 20 saniyəyədək davam edib. Maşınlardan çıxan polislər fanatları qovublar. Azarkeşlərdən 3-ü isə saxlanılıb. 

Qeyd edək ki, iki klub arasında Avropa Liqasının ilk 1/16 final matçı saat 21:00-da başlayıb.

Hazırda "Fənərbağça" 1-0 öndədir.

Son xəbərlər

Orphus sistemi