Yuxarı

"Liverpul" yaponiyalı futbolçunun transferi üçün klubu ilə razılığa gəlib

"Liverpul" yaponiyalı futbolçu üçün klubu ilə razılığa gəlib

İngiltərənin "Liverpul" klubu Avstriya "Zaltsburq"unun və Yaponiya millisinin futbolçusu Takumi Minaminonu transfer etmək üçün klubu ilə razılığa gəlib.

"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer pəncərəsində 24 yaşlı hücumçunun keçidini həll etməyə hazırdır. Oyunçunun müqaviləsindəki təzminat məbləği 8 milyon avrodur.

Qeyd edək ki, Takumi Minamino bu mövsüm Avstriya çempionatında 15 oyunda iştirak edib. O, 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi