Yuxarı

"Liverpul" və "Real Madrid" Çempionlar Liqasının final matçında itki ilə üzləşiblər

"Liverpul" və "Real Madrid" Çempionlar Liqasının final matçında itki ilə üzləşiblər

Bakı. 26 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilən Çempionlar Liqasının final matçının ilk yarısında tərəflər hərəyə bir futbolçu itkisi ilə üzləşiblər.

"Report"un məlumatına görə, əvvəlcə misirli hücumçu Məhəmməd Salah "kral klubu"nun kapitanı Serxio Ramosun müdaxiləsindən sonra zədələnib. Nəticədə o, oyunu davam etdirə bilməyib və 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib. Salahın əvəzinə Adam Lallana meydana daxil olub.

37-ci dəqiqədə isə "Real Madrid"in futbolçusu Daniel Karvaxal zədələnib. Onun əvəzinə isə Naço meydana çıxıb.

Qeyd edək ki, ilk yarıdan sonra hesab bərabərdir - 0:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi