"Liverpul"un sabiq futbolçusu Ukrayna milli komandasının seleksiyaçısı təyin olunub

"Liverpul"un sabiq futbolçusu Ukrayna milli komandasının seleksiyaçısı təyin olunub Andrey Voronin yığma üçün oyunçu axtarışı ilə məşğul olacaq
Futbol
19 Sentyabr , 2017 11:39
Liverpulun sabiq futbolçusu Ukrayna milli komandasının seleksiyaçısı təyin olunub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Veteran futbolçu Andrey Voronin Ukrayna milli komandasının seleksiyaçısı təyin olunub. “Report” Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabiq hücumçu yığma üçün oyunçu axtarışı ilə məşğul olacaq.

Andrey Şevçenkonun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq 38 yaşlı mütəxəssislə müqavilənin müddəti 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonuna qədər nəzərdə tutulub. Ukrayna millisi 8 turdan sonra İ qrupunda 14 xalla Türkiyə ilə 3-4-cü pillələri bölüşür. 

Qeyd edək ki, Andrey Voronin karyerası ərzində Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Maynts”, “Köln”, “Bayer”, “Herta”, “Fortuna”, Rusiyanın “Dinamo” (Moskva) və İngiltərənin “Liverpul” komandalarının formasını geyinib. O, 2012-ci ildə karyerasını başa vurub, 2017-ci ildə isə Almaniyanın həvəskarlar liqasında çıxış edən “Byuderix”in baş məşqçisi vəzifəsində çalışıb. Voronin Ukrayna millisində 2002 - 2012-ci illərdə forma geyinib və 74 oyuna 8 qol vurub. 

Son xəbərlər

Orphus sistemi