"Liverpul"un məşqçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan əvvəl istefa verib

"Liverpul"un məşqçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan əvvəl istefa verib Bakı. 30 aprel. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun köməkçi-məşqçisi Jelko Buvaç İtaliyada Roma ilə keçirəcəkləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində istefa verib.
Futbol
30 Aprel , 2018 14:12
Liverpulun məşqçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan əvvəl istefa verib

Bakı. 30 aprel. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun köməkçi-məşqçisi Jelko Buvaç İtaliyada "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində istefa verib.

"Report"un "Daily Record"a istinadən verdiyi məlumata görə, bosniyalı mütəxəssis komandanın baş məşqçisi Yurgen Kloppla münaqişədən sonra klubu tərk edib. Mənbənin bildirdiyinə əsasən, hər iki şəxsin münasibətləri ciddi şəkildə korlanıb. Buvaç komandanın bugünkü taktiki çalışmalarında iştirak etməyib. O, start heyətin formalaşdırılmasına təsir imkanına da artıq malik deyil. 

Buvaç və Klopp 17 il ərzində müxtəlif komandalarda birlikdə işləyiblər. 

Qeyd edək ki, "Roma" - "Liverpul" matçı mayın 2-də keçiriləcək. Bu komandalar arasındakı ilk görüşdə İngiltərə komandası 5:2 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi