“Liverpul”un futbolçusu mövsümü erkən başa vurub

“Liverpul”un futbolçusu mövsümü erkən başa vurub İngiltərənin “Liverpul” klubunun futbolçusu Nabi Keyta mövsümü erkən başa vurub.
Futbol
2 May , 2019 17:26
“Liverpul”un futbolçusu mövsümü erkən başa vurub

İngiltərənin “Liverpul” klubunun futbolçusu Nabi Keyta mövsümü erkən başa vurub.

“Report” “Liverpool Echo”ya istinadən xəbər verir ki, Çempionlar Liqasının yarımfinalında İspaniyada “Barselona”ya 0:3 hesabı ilə uduzduqları oyunun 24-cü dəqiqəsində zədələndiyi üçün əvəzlənən qvineyalı yarımmüdafiəçinin problemi ciddidir.

Qasıq zədəsi alan 24 yaşlı oyunçunun bir neçə həftə meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, Keyta cari mövsümdə “Liverpul”un heyətində 3 oyuna 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi