"Liverpul" "Mançester Yunayted"lə heç-heçə edərək liderliyə yüksəlib

"Liverpul" "Mançester Yunayted"lə heç-heçə edərək liderliyə yüksəlib Bakı. 24 fevral. REPORT.AZ/ İngiltərə Premyer Liqasında XXVII turun mərkəzi görüşü Mançester Yunayted və Liverpul komandaları arasında keçirilib.
Futbol
24 Fevral , 2019 23:29
Liverpul Mançester Yunaytedlə heç-heçə edərək liderliyə yüksəlib

Bakı. 24 fevral. REPORT.AZ/ İngiltərə Premyer Liqasında XXVII turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Gərgin keçən oyunda 4 futbolçu zədələnib. Meydan sahiblərinin baş məşqçisi Ole-Qunnar Sulşer hələ ilk yarıda 3 məcburi dəyişikliyə əl atıb. Meydanı Ander Errera, Xuan Mata və Cessi Linqard tərk edib. "Liverpul"dan isə birinci hissədə Roberto Firmino əvəzlənib.

Bu nəticədən sonra xallarını 66-ya çatdıran "Liverpul" birinci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 52 xalla 5-ci pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi