“Liverpul” klubu “Leyptsiq”in futbolçusu Nabi Keytanı transfer edib

“Liverpul” klubu “Leyptsiq”in futbolçusu Nabi Keytanı transfer edib İngiltərə təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün 48 milyon funt sterlinq ödəyəcək
Futbol
29 Avqust , 2017 13:21
“Liverpul” klubu “Leyptsiq”in futbolçusu Nabi Keytanı transfer edib

Bakı. 29 avqust. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu Almaniya “Leyptsiq”inin futbolçusu Nabi Keytanı transfer edib.

“Report” mersisaydlıların rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qvineyalı yarımmüdafiəçi 1 iyul 2018-ci ildə yeni komandasına qoşulacaq. O, 2017/2018 mövsümündə Almaniya təmsilçisinin formasını geyinəcək.

İngiltərə mətbuatına yer alan məlumatlara görə, “Liverpul” Keyta üçün “Leyptsiq”ə 48 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Nabi Keyta ötən mövsüm “Leyptsiq”in heyətində keçirdiyi 32 oyunda 8 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi