Yuxarı

"Liverpul" klubu Stiven Cerrardla yeni müqavilə bağlayacaq

Kapitan təklifi qəbul edib

Bakı. 1 noyabr. REPORT.AZ/ İngiltərənin "Liverpul" futbol klubu Stiven Cerrardla yeni müqavilə imzalayacaq. "Report"un İngiltərənin "Daily Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, "mersisaydlılar" 34 yaşlı yarımmüdafiəçiyə yeni anlaşma təklif ediblər. 

Futbolçu təklifi müsbət qarşılayıb. Müqavilənin müddəti ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.

Qeyd edək ki, "Liverpul" klubunun yetirməsi olan Stiven Cerrard 1998-ci ildən bu komandanın formasını geyinir. Cerrard "qırmızılar"ın heyətində indiyə qədər keçirdiyi 482 oyunda 113 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi