"Liverpul" futbolçusunun transfer qiymətini 200 milyon avroya qədər artıracaq

"Liverpul" futbolçusunun transfer qiymətini 200 milyon avroya qədər artıracaq Bakı. 28 mart. REPORT.AZ/ İngiltərənin Liverpul klubu misirli futbolçusu Məhəmməd Salahın transfer qiymətini artırmağı planlaşdırır.
Futbol
28 Mart , 2018 20:23
Liverpul futbolçusunun transfer qiymətini 200 milyon avroya qədər artıracaq

Bakı. 28 mart. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu misirli futbolçusu Məhəmməd Salahın transfer qiymətini artırmağı planlaşdırır.

"Report"un məlumatına görə, klub rəhbərliyi yarımmüdafiəçinin qiymətini 200 milyon avroyadək artıracaq.

Salah klubu ilə müqaviləni yeniləsə, aya 800 min avro qazanacaq. 26 yaşlı futbolçunu İspaniyanın "Real Madrid" klubu heyətinə daxil etmək istəyir. 

Qeyd edək ki, Məhəmməd Salah yayda İtaliyanın "Roma" klubundan 42 milyon avroya "Liverpul"a transfer olunub. O, bu mövsüm 43 matçda iştirak edib və 37 qol vurub.

Son xəbərlər

Orphus sistemi