“Liverpul” rekord məbləğdə sponsor müqaviləsi bağlaya bilər

“Liverpul” rekord məbləğdə sponsor müqaviləsi bağlaya bilər Bakı. 25 dekabr. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu rekord məbləğdə sponsor müqaviləsi bağlaya bilər.
Futbol
25 Dekabr , 2018 14:57
“Liverpul” rekord məbləğdə sponsor müqaviləsi bağlaya bilər

Bakı. 25 dekabr. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu rekord məbləğdə sponsor müqaviləsi bağlaya bilər.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, klub hazırda ABŞ-ın idman geyimləri və ləvazimatları istehsal edən “New Balance” şirkəti ilə əməkdaşlığı davam etdirməklə bağlı danışıq aparır.

Yeni sözləşmənin dəyəri 80 milyon funt sterlinq olacaq. Hazırkı geyim firmaları ilə əməkdaşlıq baxımından rekord “Adidas”la 75 milyon funt sterlinqlik müqaviləsi olan “Mançester Yunayted”ə məxsusdur.

Qeyd edək ki, Premyer Liqada 18 turdan sonra 48 xalla lider olan “Liverpul” 2015-ci ildən “New Balance” şirkətinin məhsullarından istifadə edir.

Son xəbərlər

Orphus sistemi