"Liverpul" klubu 2017-2018 mövsümündə rekord gəlir əldə edib

"Liverpul" klubu 2017-2018 mövsümündə rekord gəlir əldə edib Bakı. 8 fevral. REPORT.AZ/ İngiltərənin Liverpul klubu 2017-2018 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Futbol
8 Fevral , 2019 19:19
Liverpul klubu 2017-2018 mövsümündə rekord gəlir əldə edib

Bakı. 8 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu 2017-2018 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

"Report"un məlumatına görə, "mersisaydlılar" rekord məbləğdə gəlir götürdüklərini bəyan ediblər.

Klub geridə qalan mövsümdə 455 milyon funt sterlinq gəlir əldə edib. Bu isə "Liverpul"un tarixi ərzində əldə etdiyi ən yüksək məbləğdir. 

İngiltərə təmsilçisinin xalis mənfəəti isə, təxminən, 300% artaraq 125 milyon funt sterlinq olub. 

Qeyd edək ki, "Liverpul" 2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və finalda İspaniya "Real Madrid"inə 1:3 hesabı ilə uduzub. İngiltərə təmsilçisi həmin mövsüm braziliyalı Filippe Koutinyonu İspaniya "Barselona"sına satıb.

Son xəbərlər

Orphus sistemi