“Liverpul”dan 47 milyonluq transfer

“Liverpul”dan 47 milyonluq transfer Belçika yığmasının üzvü 2012-2015-ci illər ərzində “Aston Villa”nın heyətində 49 qola imza atıb
Futbol
19 İyul , 2015 18:38
“Liverpul”dan 47 milyonluq transfer

Bakı. 19 iyul. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu “Aston Villa”nın hücumçusu Kristian Bentekeni heyətinə qatmağa hazırlaşır.

Klublar arasında danışıqlar demək olar ki, yekunlaşıb. “Liverpul”un bu transfer üçün 47 milyon avroluq təklifini “Aston Villa” rəhbərliyi qəbul edib. 25 yaşlı forvardın bu gün yeni komandasında tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Belçika yığmasının üzvü 2012-2015-ci illər ərzində “Aston Villa”nın heyətində 100 oyun meydana çıxaraq, 49 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi