"Liverpul" baş məşqçisi ilə müqaviləni uzadıb - RƏSMİ

"Liverpul" baş məşqçisi ilə müqaviləni uzadıb - RƏSMİ İngiltərə Liverpulunun baş məşqçisi Yurgen Klopp klubla müqaviləsini uzadıb.
Futbol
13 Dekabr , 2019 16:30
Liverpul baş məşqçisi ilə müqaviləni uzadıb - RƏSMİ

İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp klubla müqaviləsini uzadıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sözləşmə 2024-cü ilədək nəzərdə tutulub. 

Klopp bu vəzifəyə 2015-ci ilin oktyabrında təyin olunub. Almaniyalı mütəxəssisin rəhbərliyi altında "Liverpul" dünya futbolunda qabaqcıl mövqelərə qayıdış istiqamətində nəhəng addımlar atıb. Ötən mövsüm mersisaydlılar özü üçün rekord sayılan 97 xal yığsa da, Premyer Liqanın qalibi ola bilməyib. Bununla belə, Çempionlar Liqası qazanılıb. Hazırda isə "qırmızılar" 16 oyundan 46 xalla liderdir və ən yaxın izləyicisi "Lester"i 8, "Mançester Siti"ni isə 14 xal qabaqlayır. 

Son xəbərlər

Orphus sistemi