"Liverpul" "Arsenal" üzərində qələbəni son dəqiqələrdə əldən verib

"Liverpul" "Arsenal" üzərində qələbəni son dəqiqələrdə əldən verib Bakı. 4 noyabr. REPORT.AZ/ Londonun Arsenal klubu futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunda Liverpul ilə heç-heçə edib.
Futbol
4 Noyabr , 2018 10:44
Liverpul Arsenal üzərində qələbəni son dəqiqələrdə əldən verib

Bakı. 4 noyabr. REPORT.AZ/ Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul" ilə heç-heçə edib.

“Report” xəbər verir ki, Londonun "Emireyts — Eşberton Qrouv" stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Oyunda ilk qolun müəllifi "Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner olub. O, 61-ci dəqiqədə hesabı açıb. Ev sahibləri yalnız 82-ci dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol sayəsində hesabda tarazlıq yarada biliblər.

"Liverpul" bu heç-heçədən sonra xallarının sayını 27-yə çatdırıb və hazırda turnir cədvəlində liderlik edir, "Arsenal" 23 xal ilə 4-cüdür.

Bundan əvvəl Azərbaycan Premyer Liqasında “Qarabağ” “Sumqayıt”a qalib gəlib.

Son xəbərlər

Orphus sistemi