"Liverpul" 3 dəqiqəyə iki qol vuraraq "Çelsi"ni məğlub edib

"Liverpul" 3 dəqiqəyə iki qol vuraraq "Çelsi"ni məğlub edib Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunda Liverpul Çelsini 2:0 hesabı ilə məğlub edib.
Futbol
15 Aprel , 2019 00:34
Liverpul 3 dəqiqəyə iki qol vuraraq Çelsini məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunda "Liverpul" "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, Liverpul şəhərinin "Enfild" stadionunda baş tutan görüşü baş hakim Maykl Oliver idarə edib.

Matçda hesab 51-ci dəqiqədə açılıb. Qolun müəllifi Sadio Mane olub. Cəmi 3 dəqiqə sonra Məhəmməd Salah "mersisaydlılar"ın üstünlüyünü iki topa çatdırıb.

"Liverpul" bu qələbə sayəsində xallarının sayını 85-ə çatdıraraq yenidən turnir cədvəlində birinci pilləyə qayıdıb, "Çelsi" (66) 4-cü yerdə qalıb.

İngiltərə Premyer Liqası. 34-cü tur

"Liverpul" – "Çelsi" - 2:0

Qollar: 1:0 – Mane – 51, 2:0 – Salah – 53

Son xəbərlər

Orphus sistemi