Litvalı hücumçu: "Qəbələ" ilə görüşdə heç-heçə də yaxşı nəticə olacaq"

Litvalı hücumçu: "Qəbələ" ilə görüşdə heç-heçə də yaxşı nəticə olacaq" "Rəqibin səfər göstəriciləri ortababdır"
Futbol
13 İyul , 2017 12:04
Litvalı hücumçu: Qəbələ ilə görüşdə heç-heçə də yaxşı nəticə olacaq

Bakı. 13 iyul. REPORT.AZ/ “Qəbələ”nin yaxşı komanda olduğunu bilirik. Lakin ilk matçı səfərdə keçirmək bizim üçün yaxşı haldır”. 

“Report”un məlumatına görə, bunu poranny.pl saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Polşa təmsilçisi “Yagelloniya”nın futbolçusu Arvidas Novikovas deyib.

27 yaşlı litvalı müdafiəçi bildirib ki, Bakıda qalib gəlməyə çalışacaqlar. Lakin o, heç-heçəni də məqbul nəticə sayır: “Qalib gələ bilməsək, heç-heçə də yaxşı nəticə olacaq. Öz azarkeşlərimiz önündə istənilən komandanı məğlub edə bilərik. Həqiqətən də qarşıdakı oyun böyük əhəmiyyət kəsb edir. Azərbaycan təmsilçisi ölkə çempionatında evdə keçirdiyi 14 oyunun heç birində uduzmayıb və 11 matçda qalib gəlib. Lakin səfər göstəriciləri ortababdır: 3 qələbə, 7 heç-heçə və 4 məğlubiyyət. Qəbələdəki stadion UEFA-nın tələblərinə cavab vermədiyi üçün oyunun Bakıda keçirilməsi də bizim üçün müsbət amildir”.

Qeyd edək ki, “Qəbələ”nin “Yagelloniya” ilə ilk oyunu bu gün keçiriləcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. Cavab görüşü isə iyulun 20-də olacaq. 

Son xəbərlər

Orphus sistemi