Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda "Liverpul" səfərdə minimal hesabla "Sautqempton"a məğlub olub.
"Report" xəbər verir ki, matçda yeganə qolu 20-ci dəqiqədə Neytan Redmond vurub.
Cavab qarşılaşması yanvarın 25-də "Enfild" stadionunda keçiriləcək.
Daha bir finalçı "Mançester Yunayted" – "Hall Siti" qarşılaşmasında müəyyənləşəcək. İlk oyun "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.