Lionel Messiyə oyun zamanı plastik su qabı atılıb

Lionel Messiyə oyun zamanı plastik su qabı atılıb Kənar əşya "Barselona"nın futbolçusunun başına dəyib
Futbol
1 Dekabr , 2014 09:34
Lionel Messiyə oyun zamanı plastik su qabı atılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messiyə İspaniya çempionatının 13-cü turunda "Valensiya" komandası ilə səfər oyunu zamanı plastik su qabı atılıb. "Report"un məlumatına görə, insident Serxio Busketsin vurduğu qolu qeyd edərkən baş verib. 

Tribunadan atılan su ilə dolu qab Messinin başına dəyib. Amma matçın hakimləri bu epizoda fikir verməyiblər. Əksinə, yerli fanatların hərəkətindən narazılıq edən argentinalı hücumçuya sarı vərəqə göstərilib. 

Qeyd edək ki, görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi