Lionel Messinin qardaşına hökm oxunub

Lionel Messinin qardaşına hökm oxunub Bakı. 17 avqust. REPORT.AZ/ Argentina millisinin və İspaniya təmsilçisi Barselonanın futbolçusu Lionel Messinin qardaşı Matias Messi qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün barəsində hökm çıxarılıb.
Futbol
17 Avqust , 2018 12:56
Lionel Messinin qardaşına hökm oxunub

Bakı. 17 avqust. REPORT.AZ/ Argentina millisinin və İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lionel Messinin qardaşı Matias Messi qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün barəsində hökm çıxarılıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, Rosario məhkəməsi onu şərti olaraq 2,5 illik azadlıqdan məhrum edib. Matias ictimai işlərə məhkum edilib.

Qeyd edək ki, Matias Messi 2017-ci il noyabrın 30-da həbs olunub. 2015-ci ilin sentyabrında da onun qayığında silah tapılıb.

Son xəbərlər

Orphus sistemi