Lionel Messinin oğlu "Barselona"da ilk məşqinə çıxıb

Lionel Messinin oğlu "Barselona"da ilk məşqinə çıxıb Tyaqo Messi "Barselona Məktəbi" layihəsi çərçivəsində təlim alıb
Futbol
29 Oktyabr , 2016 18:55
Lionel Messinin oğlu Barselonada ilk məşqinə çıxıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin oğlu Kataloniya komandasında ilk məşqinə çıxıb.

"Report" xəbər verir ki, bu barədə "sport.es" portalının jurnalisti Alberto Roxe öz "Twitter" səhifəsində məlumat verib.

"Messinin oğlu Tyaqo artıq "Barselona"da məşqlərə başladı", - deyə o yazıb.

Dörd yaşlı Tyaqo Messi ilk təlimini "Barselona Məktəbi" layihəsi çərçivəsində alıb. Layihə 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi