Yuxarı

"Barselona" - "Selta" matçında qeyri-adi penalti yerinə yetirilib - VİDEO

Argentinalı hücumçu topu qapıya vurmaq əvəzinə komanda yoldaşının fərqlənməsinə şərait yaradır

Bakı. 15 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi qeyri-adi penalti zərbəsi yerinə yetirib. "Report"un məlumatına görə, kuryoz olay ölkə çempionatının XXIV turunda "Selta" ilə oyunun 81-ci dəqiqəsində qeydə alınıb.

Argentinalı hücumçu özünün qazandığı penalti nəticəsində topu birbaşa qapıya göndərmək əvəzinə komanda yoldaşı Luis Suaresə ötürüb. Suares isə öz növbəsində topu tora qovuşdurub. Bu, kataloniyalıların 4-cü qolu olub. Suares isə qollarının sayını 23-ə çatdıraraq, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldunu 2 top qabaqlayıb. Oyun "Barselona"nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, vaxtilə bu cür penalti Hollandiya "Ayaks"ında çıxış etmiş Yohan Kroyff və Yesper Yonsonun sayəsində məşhurlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi