​Lionel Messi yeni rekorda imza atıb

​Lionel Messi yeni rekorda imza atıb Ronaldu bu göstəricidə Messidən geri qalır
Futbol
7 Mart , 2016 12:19
​Lionel Messi yeni rekorda imza atıb

Bakı. 7 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqanın XXVIII turunda "Eybar"la səfər oyununda "dubl" edərək yeni rekorda imza atıb. "Report"un məlumatına görə, 28 yaşlı argentinalı hücumçu 8 mövsüm ardıcıl olaraq 20 və daha çox qol vuran ilk futbolçu adına sahib çıxıb.

"Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə ardıcıl 7 mövsüm bu göstəriciyə nail olub. Sabiq futbolçular Alfredo di Stefano, Ferents Puşkaş və Telmo Sarrada isə bu göstərici 6 mövsümdür.

Qeyd edək ki, Lionel Messi hazırda 307 qolla İspaniya çempionatı tarixinin ən yaxşı bombardiridir.

Son xəbərlər

Orphus sistemi