Lionel Messi üç həftə müddətinə sıradan çıxıb

Lionel Messi üç həftə müddətinə sıradan çıxıb "Barselona"nın futbolçusu "Atletiko" ilə oyunda zədələnib
Futbol
22 Sentyabr , 2016 03:41
Lionel Messi üç həftə müddətinə sıradan çıxıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda "Atletiko" ilə oyunda (1:1) zədələnib.

Messi bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 8 oyun keçirib və 8 qol vurub.

Son xəbərlər

Orphus sistemi