Yuxarı

Lionel Messi həbs oluna bilər

Argentinalı futbolçu İspaniyanı tərk etmək istəyir

Bakı. 22 noyabr. REPORT.AZ/ "Barselona" klubunun futbolçusu Lionel Messi İspaniyanı tərk edə bilər. "Report"un "The Guardian" nəşrinə istinadən məlumatına görə, buna səbəb argentinalı hücumçunun vergi ilə bağlı problemlə üzləşməsidir. 

Daha öncə Messi 52 milyon avro vergi ödəyib. Lakin o, hələ də istintaq altındadır və hətta həbsxanaya da salına bilər. "Oxşar vəziyyətlə üzləşən digər elitar idmançılar da olub. Onları da vergi problemi yaşayıblar, amma bunu inzibati yolla həll ediblər. Məsələn, İker Kasilyas, Xavi və Rafael Nadal. Amma Messi yeganə idmançıdır ki, ona məhkəmə işi açılıb və hətta həbsi də mümkündür. O, İspaniyaya çox qəzəblidir və getmək istəyir" deyə futbolçuya yaxın mənbə bildirib. 

Qeyd edək ki, Lionel Messi və şəxsi agenti olan atası Xorxe Messi İspaniya xəzinəsinə vergi ödənişindən yayınmaqda ittiham olunurlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi