Lionel Messi: "Futbol heç vaxt əvvəlki kimi olmayacaq"

Lionel Messi: "Futbol heç vaxt əvvəlki kimi olmayacaq" Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. Vəziyyətin bizi təəccübləndirməsindən başqa, bir çoxları çətin günlər keçirdi. Çünki bu, hər kəsə müəyyən dərəcədə təsir edib.
Futbol
31 May , 2020 17:12
Lionel Messi: Futbol heç vaxt əvvəlki kimi olmayacaq
Lionel Messi

"Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. Vəziyyətin bizi təəccübləndirməsindən başqa, bir çoxları çətin günlər keçirdi. Çünki bu, hər kəsə müəyyən dərəcədə təsir edib". 

"Report"un məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi "El Pais" nəşrinə açıqlamasında koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib. 

33 yaşlı hücumçu insanların öz qohumlarını, dostlarını itirdiyini və onlarla normal şəkildə vidalaşa bilmədiklərini vurğulayıb. Argentinalı hücumçunun sözlərinə görə, sevdiklərini itirməkdən daha pis şey yoxdur: "Məncə, bu, çox ədalətsizdir. Futbol bütün həyat kimi heç vaxt əvvəlki kimi olmayacaq". 

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi