Lionel Messi: "Dünya çempionatına favorit qismində getmirik"

Lionel Messi: "Dünya çempionatına favorit qismində getmirik" Bakı. 29 may. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatında favoritlər sırasında olmadıqlarını açıqlayıb.
Futbol
29 May , 2018 12:16
Lionel Messi: Dünya çempionatına favorit qismində getmirik
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatında favoritlər sırasında olmadıqlarını açıqlayıb.

“Report” xəbər verir ki, 31 yaşlı kapitan “Kanal 13”ə açıqlamasında Braziliya, İspaniya və Almaniya yığmalarının daha yaxşı olduğunu söyləyib. “Barselona”nın forvardı fikrini belə əsaslandırıb: “İnsanların bilməlidirlər ki, biz dünya çempionatına favorit qismində getmirik. Lakin heyətimizdə çoxlu sayda yaxşı oyunçu yer alıb. Mən bu komandaya inanıram. Bizim istedadlı və təcübəli futbolçularımız var. Lakin biz özümüzü yaxşı saya bilmərik. Çünki bu, doğru deyil. Yetərincə yaxşı komanda var – Braziliya, İspaniya və Almaniya. Bu günlərdə dostumla söhbət edirdim və o, mənə dedi ki, sən İspaniya yığmasının heyətində çıxış etsəydin, dünya çempionu olardın. Lakin mənim ağlıma heç vaxt belə şey gəlməyib”.

Qeyd edək ki, XXI dünya çempionatının oyunları 14 iyun – 15 iyulda keçiriləcək. D qrupunda yer alan Argentina millisi iyunun 16-da Moskvada İslandiya, iyunun 21-də Nijniy Novqorodda Xorvatiya, iyunun 26-da isə Sankt-Peterburqda Nigeriya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi