Lionel Messi BMT-nin səfiri təyin olunub

Lionel Messi BMT-nin səfiri təyin olunub Zurab Pololikaşvili bunu "Barselona" - "Leqanes" matçından sonra açıqlayıb
Futbol
9 Aprel , 2018 20:08
Lionel Messi BMT-nin səfiri təyin olunub

Bakı. 9 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub. 

"Report"un məlumatına görə, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb. 

Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: "Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafının bir mənbəyinin olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam". 

Son xəbərlər

Orphus sistemi