Yuxarı
    Bağlamaq

    Lionel Messi "Barselona"nın ən titullu futbolçusuna çevrilib

    31 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində 33-cü titulunu qazanıb

    Bakı. 13 avqust. REPORT.AZ/ Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" klubunun heyətində ən titullu futbolçuya çevrilib. 

    "Report"un məlumatına görə, 31 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində 33-cü titulunu ölkə Super Kubokunu qazanaraq əldə edib. Mərakeşdəki "Stad de Tancer" arenasında keçirilmiş görüşdə "Barsa" "Sevilya"nı 2:1 hesabı ilə yenib. 

    Bunadək Messi titul sayında Andres İnyesta ilə şərik idi. Lakin artıq İnyesta Yaponiya "Vissel Kobe"sində çıxış edir, Messi isə kataloniyalıların kapitanıdır. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub. 

    Qeyd edək ki, "Barselona" İspaniya Super Kubokunu 13-cü dəfə qazanıb. Lionel Messinin komandası bu göstəricidə "Real Madrid"i 3 titul qabaqlayaraq, rekordunu qoruyur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi