​Lionel Messi Barak Obamaya hədiyyə göndərib

​Lionel Messi Barak Obamaya hədiyyə göndərib Futbolçu prezidentin qızlarına imzalı forma verib
Futbol
2 Aprel , 2016 10:51
​Lionel Messi Barak Obamaya hədiyyə göndərib

Bakı. 2 aprel. REPORT.AZ/ Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ABŞ prezidenti Barak Obamaya hədiyyə göndərib. "Report"un Argentina mətbuatına istinadən verdiyi məlumata görə, Messi üzərində B.Obamanın qızlarının adı yazılan formanı imzalayaraq Ağ Evə yollayıb.

Bir müddət əvvəl Obama Argentinaya səfər edərkən qızlarının Messinin pərəstişkarı olduğunu, lakin onunla görüşə bilmədiklərini deyib. Futbolçu isə öz növbəsində bu açıqlamaya təəccübləndiyini, özünün də görüşmək istədiyini, ancaq hələlik zamanının olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi