​Lionel Messi Argentina yığmasının ən yaxşı bombardiri olub - VİDEO

​Lionel Messi Argentina yığmasının ən yaxşı bombardiri olub - VİDEO O, Amerika Kubokunun yarımfinalında 55-ci qolunu vurub
Futbol
22 İyun , 2016 08:07
​Lionel Messi Argentina yığmasının ən yaxşı bombardiri olub - VİDEO

Bakı. 22 iyun. REPORT.AZ/ Argentina yığmasının futbolçusu Lionel Messi milli komanda tarixində ən yaxşı bombardir olub.

"Report" xəbər verir ki, o, Amerika Kubokunun yarımfinalında ABŞ-ın qapısına yığmanın heyətində 55-ci qolunu vurub.

Messi Venesuela ilə ¼ final matçında 54-cü qolunu vuraraq topların sayına görə Qabriel Batistutaya çatmışdı.

Messi Argentina yığmasında 112-ci oyununu keçirib. Karyerasını 2005-ci ildə bitirən Batistutanın aktivində isə 78 matç var. Siyahıda üçüncü yer Ernan Krespoya (1995-2007, 35 qol, 64 oyun), dördüncü yer Diyeqo Maradonaya (1977-1994, 34 qol, 91 matç) məxsusdur.

Son xəbərlər

Orphus sistemi