Lionel Messi 2017-ci ildə ailə həyatı quracaq

Lionel Messi 2017-ci ildə ailə həyatı quracaq Futbolçu 2000-ci ildən Antonella Rokusso ilə görüşür
Futbol
15 Dekabr , 2016 06:39
Lionel Messi 2017-ci ildə ailə həyatı quracaq

Bakı. 15 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi 2017-ci ildə rəfiqəsi Antonella Rokusso ilə münasibətlərini qanuniləşdirəcək.

"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Mərasimin dəqiq tarixi açıqlanmır, lakin onun gələcək həyat yoldaşlarının doğma şəhəri Rosarioda keçiriləcəyi məlumdur.

Messi və Rokusso uşaq ikən Rosario ətrafında tanış olublar. Onlar futbolçu 2000-ci ildə "Barselona" ilə mqavilə bağladığı zaman görüşməyə başlayıblar. Messi və Rokusso iki övladı var – 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo.

Son xəbərlər

Orphus sistemi