Linus Hallenius: "Qarabağ"ın necə oynayacağını bilirik"

Linus Hallenius: "Qarabağ"ın necə oynayacağını bilirik" Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. Matçlarda üç fərqli nəticələr əldə etdik. Çətin bir qarşılaşma olacağını bilirik.
Futbol
6 Noyabr , 2019 20:02
Linus Hallenius: Qarabağın necə oynayacağını bilirik

"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. Matçlarda üç fərqli nəticələr əldə etdik. Çətin bir qarşılaşma olacağını bilirik".

"Report" "Sigmalive" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Linus Hallenius "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

30 yaşlı hücumçu bildirib ki, onlar üçün 3 xal lazımdır: "Qarabağ"ın necə oynadığını və necə oynamaq istədiyini bilirik".

İsveçli oyunçu qrup mərhələsinin III turunda Bakıda vurduğu qol barədə də danışıb: "Meydanda olduğum zaman qol vurmaq istəyirəm. Bu, hər bir hücumçunun işidir. Kimin nə qədər qol vurmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi