"Linfild"in baş məşqçisi: "Futbolçularımız "Qarabağ"la oyunları səbrsizliklə gözləyirlər"

"Linfild"in baş məşqçisi: "Futbolçularımız "Qarabağ"la oyunları səbrsizliklə gözləyirlər" “Futbolçularımız paltardəyişmə otağında dediklərimizi meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbrsizliklə gözləyirlər”.
Futbol
14 Avqust , 2019 10:51
Linfildin baş məşqçisi: Futbolçularımız Qarabağla oyunları səbrsizliklə gözləyirlər

“Futbolçularımız paltardəyişmə otağında dediklərimizi meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbrsizliklə gözləyirlər”.

“Report”un BBC-yə istinadən verdiyi məlumata görə, bunları UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Şimali İrlandiyanın “Linfild” komandasının baş məşqçisi Devid Hili deyib.

Qırx yaşlı mütəxəssis bildirib ki, komandası üçün çətin olacaq: “Növbəti həftə klub və futbolçularımız üçün böyük oyun oynaya biləcəyimiz üçün çox şadam. Əlbəttə, asan olmayacaq. Ancaq biz hər dəqiqədən həzz alaraq oynayacağıq”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi