"Linfild"in baş məşqçisi: “Qarabağ”a qalib gəlmək inanılmazdır"

"Linfild"in baş məşqçisi: “Qarabağ”a qalib gəlmək inanılmazdır" “Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir”.
Futbol
23 Avqust , 2019 02:11
Linfildin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək inanılmazdır

“Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir”.

“Report” “Belfastlive”a istinadən xəbər verir ki, bu fikirləri “Linfild”in baş məşqçisi David Hili Avropa Liqasının "play-off" mərhələsinin ilk matçında “Qarabağ”ı məğlub etdikləri (3:2) oyundan sonra söyləyib.

40 yaşlı mütəxəssis futbolçularının çıxışından məmnun olduğunu vurğulayıb:

“Futbolçularımın nəyə qadir olduqlarını bilirəm. Ona görə də məni təəccübləndirmədilər. “Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdır. Bir həftə sonra Bakıda oyunumuz var”.

Son xəbərlər

Orphus sistemi