"Lill"in baş məşqçisi: "Ederin "Qəbələ"yə qarşı oynaması düzgün qərar deyildi"

"Lill"in baş məşqçisi: "Ederin "Qəbələ"yə qarşı oynaması düzgün qərar deyildi" "Bu gün mən etdiklərimə qarşı gedirəm"
Futbol
20 Sentyabr , 2016 14:33
Lillin baş məşqçisi: Ederin Qəbələyə qarşı oynaması düzgün qərar deyildi

Bakı. 20 sentyabr. REPORT.AZ/ Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin məğlub etdiyi Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti futbolçu Ederin gözlənilən səviyyədə çıxış etməməsi ilə bağlı fikirlərini bildirib. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis hücumçu ilə bağlı yalnış qərar verdiyini deyib.

Baş məşqçi 29 yaşlı futbolçunu "Qəbələ"yə qarşı oynatmaqda düzgün addım atmadığını söyləyib: "Eder Avropa çempionatının finalından sonra 3 həftə istirahət etməli idi. Lakin iki həftə sonra Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın "Qəbələ" klubu ilə oyunumuz vardı. O, kömək etmək istədiyini dedi. Biz də onun bu istəyini qəbul etdik və futbolçu məşqlərə qoşuldu. Amma indi qərarımdan böyük təəssüf hissi keçirirəm".

F.Antenotti Ederin hazırda istənilən səviyyədə çıxış etməməsininin səbəbini "Qəbələ"yə qarşı oynamasında görür: "Mən həmin anı pis xatırlayıram. İyulun sonlarında Eder kömək əlini uzatmaq istədiyini dedi. Bu düzgün qərar deyildi. Bu gün mən etdiklərimə qarşı gedirəm. Ona 3 həftəlik istirahət və peşmançılıq hissi vermişəm".

Qeyd edək ki, Fransada baş tutmuş görüşdən 1:1 hesablı bərabərliklə dönən "Qəbələ" Bakıda 1:0 hesabı ilə qələbə qazanaraq, Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib. Ardından "qırmızı-qaralar" Sloveniya "Mariborunu da 3:1, 0:1 hesablı nəticələrlə üstələyib və qrupa düşüb. "Lill" isə hazırda Fransa çempionatında 5 oyundan 3 məğlubiyyət və 4 xalla 17-ci pillədə qərarlaşıb. AVRO-2016-nın finalında Fransa yığması ilə görüşdə qələbə topunun müəllifi olan Eder cari mövsümdə qol vura bilməyib. 

Son xəbərlər

Orphus sistemi