Like Martens FİFA versiyası üzrə ilin ən yaxşı qadın futbolçusu seçilib

Like Martens FİFA versiyası üzrə ilin ən yaxşı qadın futbolçusu seçilib İlin ən yaxşı qadın məşqçisi Niderland yığmasına rəhbərlik edən Sarina Viqman olub
Futbol
24 Oktyabr , 2017 02:57
Like Martens FİFA versiyası üzrə ilin ən yaxşı qadın futbolçusu seçilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Niderland yığması və "Barselona" klubunun oyunçusu Like Martens FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qadın futbolçusu seçilib.

“Report” xəbər verir ki, o, bu ad uğrunda mübarizədə Deyna Kastelyanos (Venesuela yığması, "Santa Klarita Blu Hart") və Karli Lloydu (ABŞ yığması, "Mançester Siti") qabaqlayıb.

Martens 2017-ci ildə Niderland yığmasının heyətində Avropa çempionu olub.

İlin ən yaxşı qadın məşqçisi Niderland yığmasına rəhbərlik edən Sarina Viqman olub. O, bu ad uğrunda mübarizədə Danimarka yığmasının baş məşqçisi Nils Nilsen və "Lion"un çalışdırıcısı Jerar Preşi qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi