Yuxarı

Libertadores Kubokunun final oyunu azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb - VİDEO

Libertadores Kubokunun final oyunu azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb - VİDEO

Bakı. 25 noyabr. REPORT.AZ/ Libertadores Kubokunda "River Pleyt""Boka Xuniors" komandaları arasında keçirilməli olan finalın cavab görüşü iki dəfə təxirə salınıb.

"Report"un məlumatına görə, qarşılaşma bazar gününə keçən gecə Bakı vaxtı ilə saat 24:00-da başlamalı idi.

Lakin azarkeşlərin "Boka" futbolçularının olduğu avtobusa hücumu ilə əlaqədar start fitinin səsləndirilməsini əvvəlcə 1 saat, sonra isə daha 15 dəqiqə ertələmək lazım gəlib.

İnsident zamanı polis gözyaşardıcı qazdan yararlanaraq, fanatları sakitləşdirməyə cəhd edib. Lakin bundan "Boka"nın futbolçuları Pablo Peres, Leonardo Xara, Mauro Sarate, Karlos Teves və Auqustin Almendru da zərər çəkiblər. Klub nümayəndələri onların görüşdə iştirak edəcək durumda olmadıqlarını bildiriblər.

Yekunda isə qarşılaşmanın bir sutka sonra təşkilinə qərar verilib. Bu gün Buenos-Ayresdəki "Monumental" stadionunda keçiriləcək görüş saat 24:00-da başlanacaq. İnsidentə baxmayaraq, oyuna azarkeşlər də buraxılacaq.

İki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi