Libertadores Kubokunda təxirə salınan final oyunu "Santyaqo Bernabeu" stadionunda keçiriləcək

Libertadores Kubokunda təxirə salınan final oyunu "Santyaqo Bernabeu" stadionunda keçiriləcək Bakı. 30 noyabr. REPORT.AZ/ Libertadores Kubokunda Argentinanın River Pleyt və Boka Xuniors komandaları arasındakı finalın cavab görüşünün dəqiq vaxtı və yeri müəyyənləşib.
Futbol
30 Noyabr , 2018 13:09
Libertadores Kubokunda təxirə salınan final oyunu Santyaqo Bernabeu stadionunda keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Libertadores Kubokunda Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasındakı finalın cavab görüşünün dəqiq vaxtı və yeri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Qarşılaşma dekabrın 9-da İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. 

Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də "Boka Xuniors"un meydanında keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha öncə cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb. "Santyaqo Bernabeu" stadionu "Real Madrid" klubuna məxsusdur.  

Son xəbərlər

Orphus sistemi