Libertadores Kubokunda ilk finalçı müəyyənləşib

Libertadores Kubokunda ilk finalçı müəyyənləşib Futbol üzrə Libertadores Kubokunda ilk finalçı müəyyənləşib.
Futbol
23 Oktyabr , 2019 09:30
Libertadores Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Libertadores Kubokunda ilk finalçı müəyyənləşib. 

"Report"un məlumatına görə, yarımfinalda Argentinanın "River Pleyt" komandası iki oyunun yekununda "Boka Xuniors"u üstələyib. "Boka Huniors" cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyət səbəbindən mübarizəni dayandırıb. 

Finalda "River Pleyt"in rəqibi Braziliyanın "Qremio" və "Flamenqo" komandaları arasındakı cavab qarşılaşmasından sonra məlum olacaq. İlk matçda heç-heçə qeydə alınıb - 1:1. 

Qeyd edək ki, "River Pleyt" Libertadores Kubokunun son qalibidir. Bu komanda ötən il finalda "Boka Xuniors"a iki oyunun yekununda qalib gəlib - 2:2, 3:1.

Son xəbərlər

Orphus sistemi