Libertadores Kubokunda digər finalçı da müəyyənləşib

Libertadores Kubokunda digər finalçı da müəyyənləşib Futbol üzrə Libertadores Kubokunda digər finalçı da müəyyənləşib.
Futbol
24 Oktyabr , 2019 17:07
Libertadores Kubokunda digər finalçı da müəyyənləşib

Futbol üzrə Libertadores Kubokunda digər finalçı da müəyyənləşib.

“Report” xəbər verir ki, Braziliya təmsilçiləri – “Flamenqo” və “Qremio” komandalarının duelindən birincilər qalib ayrılıblar.

Səfərdə baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığında, evdə 5 cavabsız qolla qalib gələn “qırmızı-qaralar” həlledici görüşə vəsiqə qazanıblar.

“Flamenqo” finalda Argentinanın “River Pleyt” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 24-də Çilinin paytaxtı Santyaqoda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi