Yuxarı

Libertadores Kubokunda baxımlı qol vurulub - VİDEO

Libertadores Kubokunda baxımlı qol vurulub - VİDEO

Braziliyanın "Qremio" və "Palmeyras" komandaları arasında keçirilmiş Libertadores Kubokunun 1/4 final mərhələsinin ilk oyununda baxımlı qol vurulub.

"Report"un məlumatına görə, "Palmeyras"ın futbolçusu Qustavo Skarpa komanda yoldaşının cərimə zərbəsindən ötürdüyü topu uzaq məsafədən qapıya yönəldib. 25 yaşlı yarımmüdafiəçinin qüvvətli zərbəsi qolla nəticələnib. 

Qeyd edək ki, "Palmeyras" 31-ci dəqiqədə vurulan bu qol sayəsində səfərdə qələbə qazanıb - 1:0. Komandalar arasında cavab qarşılaşması avqustun 28-də olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi