Yuxarı
    Bağlamaq

    "Lester" Ranyeridən sonra keçirdiyi ilk oyunda "Liverpul"u məğlub edib - VİDEO

    Görüş tülkülərin 3:1 hesablı qələbəsi ilə başa çatıb

    Bakı. 28 fevral. REPORT.AZ/ "Lester Siti" futbol üzrə İngiltərə çempionatının 26-cı turunda "Liverpul"u məğlub edib.

    "Report" xəbər verir ki, görüş Lester şəhərinin "Kinq Pauer - Uolkers" stadionunda keçirilib və 3:1 hesabı ilə başa çatıb.

    Qalib komandanın heyətində qolları Ceymi Vardi (28 və 60-cı dəqiqələr) və Deniel Drinkuoter (39) vurub. Qonaqların təsəlli qoluna Filippe Koutinyo imza atıb.

    Bu, "Lester"in ötən il komandanı tarixində ilk dəfə olaraq çempion edən italiyalı baş məşqçi Klaudio Ranyerinin gedişindən sonra keçirdiyi ilk oyun olub. Bundan əlavə, "tülkülər" iki ay ərzində Premyer-Liqada ilk qələbələrini qazanıblar və xallarının sayını 24-ə çatdırıblar. Bunun sayəsində komanda təhlükəli zonanı tərk edərək turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi