İngiltərə təmsilçisi "Lester" ötən il helikopter qəzasında dünyasını dəyişən klub prezidenti Vişay Srivaddhanaprabhanın doğum günündə azarkeşlərə sürpriz etmək istəyir.
"Report" "Leicester Mercury"ə istinadən xəbər verir ki, klub Premyer Liqanın XXXII turunda "Bornmut"la matçın biletləri ilə birlikdə pulsuz pivə, su və keks təklif edəcək. "Lester" sabiq prezidentinin doğum günü ərəfəsində bu təşəbbüsü ənənə halına gətirməyi planlaşdırır.
Qeyd edək ki, "Lester" - "Bornmut" oyunu martın 30-u saat 19:00-da başlayacaq. Aprelin 4-də isə V.Srivaddhanaprabhanın 61-cı doğum günü olacaq. O, 2018-ci ilin oktyabrında helikopter qəzası nəticəsində ölüb.