"Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib Son çempion Kreyq Şekspirə tapşırılıb
Futbol
7 Mart , 2017 17:49
Lester klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 7 mart. REPORT.AZ/ İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib. "Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan komanda italiyalı Kaudio Ranyerinin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Kreyq Şekspirə tapşırılıb.

2011-ci ildən "Lester"də köməkçi-məşqçi vəzifəsində çalışan 54 yaşlı ingiltərəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

"Tülkülər" onun rəhbərliyi altında çıxdıqları 2 matçdan qalib ayrılıblar. Son çempion evdə "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Klaudio Ranyeri fevralın 24-də, "Lester"in Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Sevilya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. "Lester" hazırda İngiltərə Premyer Liqasında 27 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi