Yuxarı

​"Lester" klubu Ceymi Vardi ilə müqavilə müddətini artırıb

Futbolçu həftəyə təqribən 100 min funt sterlinq qazanacaq

Bakı. 23 iyun. REPORT.AZ/ İngiltərənin "Lester" klubu futbolçusu Ceymi Vardi ilə müqavilə müddətini artırıb. 

"Report"un məlumatına görə, yeni müqaviləyə əsasən, 29 yaşlı hücumçu 2020-ci ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.

Yeni müqaviləyə əsasən, Vardinin qazancı həftəlik təqribən 100 min funt sterlinq olacaq.

Qeyd edək ki, C.Vardi 2012-ci ildən "Lester"də çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi