​"Lester" klubu 200 milyon dollardan artıq qazanc əldə edəcək

​"Lester" klubu 200 milyon dollardan artıq qazanc əldə edəcək Gəlirlərə yeni sponsorların cəlb olunması da daxil edilib
Futbol
4 May , 2016 08:57
​Lester klubu 200 milyon dollardan artıq qazanc əldə edəcək

Bakı. 5 may. REPORT.AZ/ Tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olan "Lester" klubu böyük miqdarda gəlir əldə edəcək.

"Report"un "Repucom"a istinadən verdiyi məlumata görə, çempionluq mükafatı, Çempionlar Liqasında iştirak haqqı, oyun biletləri və komanda atribut və formalarının satışından təxminən 220 milyon dollar qazanacağı gözlənilir.

İdman məlumatlarını analiz edən firma açıqladığı bu rəqəmə kluba yeni sponsorların cəlb olunması və azarkeş sayının ölkədən kənarda artmasının gətirəcəyi gəlirləri daxil etməyib.

Qeyd edək ki, mövsümün sonuna 2 tur qalmış "Lester" 77 xalla çempionluğu təmin edib. Komanda ən yaxın izləyicisi "Tottenhem"i 7 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi