"Lester"in futbolçusu Ceymi Vardinin cəzası uzadılıb

"Lester"in futbolçusu Ceymi Vardinin cəzası uzadılıb Hücumçu "Mançester Yunayted"lə səfər oyununu da buraxacaq
Futbol
26 Aprel , 2016 08:47
Lesterin futbolçusu Ceymi Vardinin cəzası uzadılıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Lester"in futbolçusu Ceymi Vardi komandasının İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşdirə biləcəyi XXXVI turun "Mançester Yunayted"lə səfər matçını buraxacaq. "Report"un məlumatına görə, İngiltərə Futbol Assosiasiyası Vardini əlavə bir oyunluq diskvalifikasiyaya məruz qoyub. 

Buna XXXIV turun "Vest Hem"lə 2:2 hesablı heç-heçə ilə nəticələnən matçında qovulduqdan sonra 29 yaşlı hücumçunun yolverilməz hərəkəti səbəb olub. O, qırmızı vərəqə aldıqdan sonra baş hakim Con Mossun ünvanına xoşagəlməz ifadə işlədib. Vardi 10 min funt məbləğində cəriməyə də məruz qalıb. 

Qeyd edək ki, Premyer Liqada sona 3 tur qalmış "Lester" ən yaxın rəqibi "Tottenhem"i 7 xal qabaqlayır. Hazırda Ceymi Vardi 22 qolla bombardirlər siyahısında 3-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi