Yuxarı
    Bağlamaq

    "Lester"in baş məşqçisi istefaya göndərilib

    Bu addım tülkülər Premyer Liqanı tərketmə təhlükəsi ilə üzləşdiyi üçün atılıb

    Bakı. 24 fevral. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubu baş məşqçi Kladuio Ranyerini istefaya göndərib.

    "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım "tülkülər" Premyer Liqanı tərketmə təhlükəsi ilə üzləşdiyi üçün atılıb.

    "Lester"in İdarə Heyəti italiyalı mütəxəssisin 2015-ci ilin iyulundan çalışdırdığı komandanı 133 illik tarixi ərzində ilk dəfə ötən mövsüm çempionluğa qovuşdurduğunu da unutmayıb. Lakin klub hesab edir ki, baş məşqçi dəyişikliyi nə qədər ağır qərar olsa da, hazırkı durumda ümumi maraqlar baxımından labüddür.

    Qeyd edək ki, "Lester" hazırda Premyer Liqada 25 oyundan 21 xalla 20 komanda arasında 20-ci yeri tutur. Klub Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda İspaniya "Sevilya"sına səfərdə uduzub - 1:2. Cavab görüşü martın 14-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi