"Lester"in baş məşqçisi istefaya göndərilib

"Lester"in baş məşqçisi istefaya göndərilib Bu addım "tülkülər" Premyer Liqanı tərketmə təhlükəsi ilə üzləşdiyi üçün atılıb
Futbol
24 Fevral , 2017 00:59
Lesterin baş məşqçisi istefaya göndərilib

Bakı. 24 fevral. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubu baş məşqçi Kladuio Ranyerini istefaya göndərib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım "tülkülər" Premyer Liqanı tərketmə təhlükəsi ilə üzləşdiyi üçün atılıb.

"Lester"in İdarə Heyəti italiyalı mütəxəssisin 2015-ci ilin iyulundan çalışdırdığı komandanı 133 illik tarixi ərzində ilk dəfə ötən mövsüm çempionluğa qovuşdurduğunu da unutmayıb. Lakin klub hesab edir ki, baş məşqçi dəyişikliyi nə qədər ağır qərar olsa da, hazırkı durumda ümumi maraqlar baxımından labüddür.

Qeyd edək ki, "Lester" hazırda Premyer Liqada 25 oyundan 21 xalla 20 komanda arasında 20-ci yeri tutur. Klub Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda İspaniya "Sevilya"sına səfərdə uduzub - 1:2. Cavab görüşü martın 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi